Sergey Narışkin bu il üçün proqnoz verib
“Təbii ki, öz riskləri olan bu proses çox çətindir”, - Rusiya XKX-nin rəhbəri mediaya açıqlamasında bildirib.
Ötən ilin dekabrında Narışkin ABŞ və Avropada Rusiyanın ayağına yazıla biləcək daxili münaqişələrin çətin dövrünü proqnozlaşdırmışdı. Rusiya kəşfiyyatının rəhbəri həmçinin qeyd edib ki, gələcək çoxqütblü dünya bütün ölkələri, o cümlədən, digər iştirakçılarla bərabər şərtlərlə, ABŞ və Avropanı əhatə etməlidir.
Narışkinin fikrincə, ABŞ bütün cəbhələrdə - Yaxın Şərqdən tutmuş Asiya və Afrikaya qədər təşəbbüsü itirib. Postsovet məkanında isə Vaşinqton tamamilə iflasa uğrayıb. Əslində tarixən Rusiyanın vassalı olmuş Ermənistanda ABŞ-nin son vaxtlar öz mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməsi Narışkinin bu iddiasını ən azı böyük şübhə altına alır.
Sahil İsgəndərov
AzVision.az