İrəvan KTMT ilə münasibətlərin “buz”unu əritmək istəmir |
Nazirin sözlərinə görə, Ermənistan və Qırğızıstan arasındakı ticari-iqtisadi əlaqələr potensialından yalnız qismən istifadə olunur. Mirzoyan potensialı inkişaf etdirilməyə çağırıb.
XİN rəhbəri qeyd edib ki, Ermənistan xüsusilə informasiya texnologiyaları sahəsində öz təcrübəsini bölüşməyə hazırdır. O, Qırğızıstandan olan tərəfdaşların "Tumo" layihəsinə - yaradıcı texnologiyalar üzrə tədris laboratoriyalarına marağını xüsusi vurğuladı. İrəvan isə öz növbəsində son bir ildə əhəmiyyətli iqtisadi artım nümayiş etdirən Qırğızıstanın təcrübəsini öyrənmək niyyətindədir.
Qırğızıstanın XİN rəhbəri Jeenbek Kulubaev isə İrəvanla əlaqələrin inkişafının vacibliyini vurğulayıb və İrəvana etdiyi səfərin əməkdaşlığın yeni sahələrinin axtarışına töhfə verəcəyinə əminliyini bildirib.
O, ölkəsinin ticarət əlaqələrini gücləndirmək istəyini təsdiqləyib.
Tural Tağıyev
AzVision.az