Tramp Ukraynaya hərbi yardımı dayandırmayıb

Tramp Ukraynaya hərbi yardımı dayandırmayıb
  24 Yanvar 2025    Oxunub:330
ABŞ prezidenti Donald Trampın beynəlxalq yardımın 90 günlük fasiləsi haqqında fərmanın Ukraynaya hərbi dəstək proqramlarına aidiyyatı yoxdur.
AzVision.az xəbər verir ki, Pentaqona istinad edən “Amerikanın Səsi” radiosunun Ukrayna xidməti belə məlumat yayıb.

“Təhlükəsizlik sahəsində Ukraynaya dəstək son xarici yardım sərəncamının məhdudiyyətləri altına düşmür, çünki bu, hərbi dəstək deyil, yalnız inkişaf proqramlarına aiddir”, - Ukrayna xidməti ABŞ-nin Müdafiə nazirliyinin şərhindən sitat gətririr.

“Amerikanın Səsi” bildirir ki, Co Bayden administrasiyası tərəfindən verilən USAI proqramı çərçivəsində Ukrayna üçün silah istehsalına dair müqavilələr qüvvədə qalır. Bundan əlavə, Trampın fərmanı Baydenin elan etdiyi PDA proqramı çərçivəsində ABŞ anbarlarında qalan və əvvəllər planlaşdırılan silah tədarükünə təsir göstərmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Ukrayna   yardım  





Xəbər lenti