Palata AQTA-nın fəaliyyətində nöqsanlar aşkar edib

Palata AQTA-nın fəaliyyətində nöqsanlar aşkar edib
  24 Yanvar 2025    Oxunub:303
Hesablama Palatası Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyinin vә onun tabeli qurumlarının fәaliyyәtlәrinin qәnaәtliliyinin, sәmәrәliliyinin vә nәticәliliyinin qiymәtlәndirilmәsinə dair audit keçirib.
Bu barədə AzVision.az -a Palatadan bildirilib. Qeyd edilib ki, 01.05.2024-cü il tarixә ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız Qazax rayonundakı “Qırmızı Körpü” dövlәt sәrhәdindәn buraxılış mәntәqәsindә nәzarәt-keçid mәntәqәsinin tikilmәsi şәraitindә, qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi istiqamәtindә görülәn tәdbirlәrin operativliyinin tәmin edilmәsi baxımından nәzarәt buraxılış mәntәqәlәrinin әhәmiyyәti nәzәrә alınmaqla, sәrhәd keçid mәntәqәlәrinin әksәriyyәtindә belә nәzarәt-keçid mәntәqәlәrinin olmaması qeyd edilәn istiqamәtlәrdә fәaliyyәtlәrin güclәndirilmәsinin zәruriliyini göstәrib.

Dövlәt Proqramının tәlәbinә uyğun olaraq Agentlik tәrәfindәn “Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı” hazırlansa da, kommunikasiya planın tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaradıb.

Bildirilib ki, “Qida vә yem mәhsullarına sağlamlıq sertifikatlarının verilmәsi Qaydası vә forması” tәsdiq edilsә dә, elektron sertifikat verilmәsi üzrә Agentlik tәrәfindәn müәyyәn edilmiş hәdәflәrә nail olunmaması qeyd olunan istiqamәtlәrdә fәaliyyәtin güclәndirilmәsinin zәruriliyini göstәrib.

AzVision.az



Teqlər:





Xəbər lenti