Proqram çərçivəsində gənclərə real startap mühitinə uyğunlaşmaq üçün lazımi bilik və bacarıqlar aşılanacaq, müasir texnologiyaların tətbiqi öyrədiləcək. Proqram iştirakçılarının innovativ ideyalarını reallaşdırmağa dəstək olmaq üçün “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihələrin İdarə Edilməsi”, “Minimal Viable Product (MVP) hazırlanması”, “Uğurlu startap təqdimatlarının hazırlanması” kimi mövzularda təlimlər təşkil olunacaq. Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri layihə boyunca komanda üzvlərinə mentorluq edəcəklər. Eyni zamanda, yarışçılar üçün startap ekosisteminin nümayəndələri ilə əməkdaşlıq etmək imkanı da yaradılacaq.
Proqramın yekununda qalib komanda pul mükafatı ilə təltif olunacaq. Bundan əlavə, “Azercell Telekom” MMC uğurlu layihə təkliflərini dəyərləndirərək seçilən startapçılara təcrübə proqramında iştirak imkanı təqdim edəcək.
AzVision.az