Pit Heqset Pentaqonun yeni rəhbəri kimi and içdi
Xatırladaq ki, ABŞ Senatı cümə günü Heqsetin namizədliyini təsdiqləyib. Səsvermədə səslərin bərabərliyi səbəbindən, vitse-prezident Vens öz səsvermə hüququndan istifadə edib.
Heqset, Tramp administrasiyasının dövründə ABŞ Silahlı Qüvvələrinin Arktika və Alyaskaya prioritet diqqət göstərəcəyini vurğulayıb. NATO ölkələrində nüvə silahlarının mövcudluğunun qorunmasının vacibliyini qeyd edən Heqset, bunun ABŞ-nin Avropadakı müttəfiqləri ilə əlaqələrinin əsasını təşkil etdiyini bildirib. Onun fikrincə, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələr ABŞ-nin qlobal təsirini zəiflətməyə çalışır.
AzVision.az
Teqlər: