İsrail qəzzalıların zolağın şimalına qayıtmalarına icazə verib - VİDEO |
Dünən, yanvarın 26-da İsrail və HƏMAS arasında girov və əsir mübadiləsinin ikinci mərhələsi baş tutub. HƏMAS 4 qadın girovu azad edib, 200 fələstinli isə İsrail həbsxanalarından azad edilib.
Sülh prosesinin təminatçıları həmçinin qalıqların mübadiləsi, Qəzza zolağının bərpası və blokadanın aradan qaldırılmasına yönələcək üçüncü mərhələdən danışırlar.
Qeyd edək ki, İsrail ordusu Qəzzada qalan 90 girovun geri qaytarılması üçün əllərindən gələn hər şeyi edəcəyini bildirib.
Həmidə İbrahimova
AzVision.az