"İstərdim ki, onlar təxribatdan, zorakılıqdan uzaq bir ərazidə yaşasınlar. Çünki Qəzza zolağı, uzun illərdir ki, cəhənnəmə çevrilib. İnsanlar daha təhlükəsiz, daha yaxşı, daha rahat yerlərdə yaşamalıdırlar. Ümumiyyətlə, bu və digər məsələlər ətrafında tezliklə Baş nazir Benyamin Netanyahu ilə görüşüb fikir mübadiləsi aparacağıq", - Tramp vurğulayıb.
Netanyahu Trampla görüşəcək |
Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə səfərinin 3-5 fevral aralığında baş tutacağı nəzərdə tutulsa da, dəqiq tarix hələlik məlum deyil. Eyni zamanda, Netanyahunun səfər şəraiti onun ötən günlərdə keçirdiyi əməliyyat nəticəsində səhhətindən, 12 saatlıq uçuşa və intensiv görüş cədvəlinə tab gətirib-gətirməyəcəyindən asılıdır. Görüş baş tutacağı təqdirdə Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici lider olacaq.
Firudin Həmidli
AzVision.az