O, milli ordunun yaradılmasının 33-cü ildönümü münasibətilə xalqa müraciətində qeyd edib ki, istənilən ordu transformasiyaya uğramalı, müasirləşməlidir. Bununla belə, hərbi cani ordunun hazırkı islahatlarına şübhə ilə yanaşdığını bildirib.
Fərarilikdən intihara: Ermənistan ordusu döyüşsüz də sürətlə azalır | ŞƏRH |
Azərbaycana qarşı radikal addımları və çağırışları ilə seçilən Sarkisyan revanşist arzularını da gizlətməyib. Hərbi cani Ermənistan Silahlı Qüvvələrini əvvəlki şöhrətini bərpa etməyə və yeni qələbələr salnaməsinə başlamağa çağırıb.
Qeyd edək ki, Ermənistan 28 yanvarı Ordu Günü kimi qeyd edir. 1992-ci ilin yanvarın 28-də Vazgen Sarkisyan müdafiə naziri təyin olunandan az sonra Ordu Günü ilə bağlı qərar qəbul edilmişdi. Eyni zamanda həmin vaxt milli ordunun yaradılması elan edildi. İrəvan onilliklər ərzində Qarabağ işğalda olarkən bu günü bayram kimi geniş miqyasda qeyd edib. 2020-ci ildə ikinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistan Ordu Gününü bayram kimi qeyd etmir.
Tural Tağıyev
AzVision.az