Əraqçi: "Nüvə obyektlərinə hücum Yaxın Şərqi fəlakətə sürükləyər" - VİDEO

      Əraqçi:    "Nüvə obyektlərinə hücum Yaxın Şərqi fəlakətə sürükləyər" -    VİDEO
  28 Yanvar 2025    Oxunub:592
("Sky News"un beynəlxalq məsələlər üzrə redaktoru Dominik Vaqorn və Abbas Əraqçi)

"İsrail və ABŞ "həqiqətən dəli" olmalıdırlar ki, İranın nüvə obyektlərinə zərbə endirmək istəsinlər".
Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın "Sky News" telekanalına müsahibəsində dilə gətirib. O vurğulayıb ki, "belə bir hücum həyata keçirilərsə, dərhal və qətiyyətli cavab veriləcək".

"Əslində, düşünmürəm ki, İsrail və ABŞ bu cür çılğıncasına işi görsünlər. Axı bu bütün regionu çox ağır fəlakətə gətirib çıxara bilər", - o deyib.
Zərif: "İsrail İranın atom enerjisi avadanlıqlarına partlayıcı yerləşdirib" - VİDEO

İranın baş diplomatının bu çıxışı ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıdışı fonunda təsadüfi deyil. Çünki İsrail ümidvardır ki, o, İranın nüvə obyektlərinə hücumu dəstəkləyəcək, hətta gözlənilən hücumu birbaşa ABŞ həyata keçirəcək. Hərçənd seçki kampaniyası dövründə İrana qarşı "ciddi tədbir" görəcəyinə eyham vuran Tramp açıq-aydın söyləyib ki, Tehranın nüvə probleminin diplomatik yolla həllinə tərəfdardır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   nüvə-problemi  





Xəbər lenti