Britaniyanın Azərbaycan üzrə yeni ticarət elçisi təyin edilib

   Britaniyanın Azərbaycan üzrə yeni ticarət elçisi təyin edilib
  29 Yanvar 2025    Oxunub:413
Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi təyin olunub.
Bu barədə Britaniyanın Ticarət və Biznes Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyanın ticarət naziri bu gün qlobal inkişaf komandasının təyinatını elan edib.

Yeni təyin olunmuş 32 ticarət elçisi hökumətin dəyişiklik planı çərçivəsində iqtisadi artımı təşviq etmək məqsədilə Böyük Britaniyanın ixrac və investisiya potensialını artırmaq üçün çalışacaq. Bu təyinata əsasən Lord Con Alderdays Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üçün ticarət elçisi vəzifəsini icra edəcək.

O, Şimali irlandiyalı bir siyasətçidir və müxtəlif nüfuzlu vəzifələrdə çalışıb. 1998-2004-cü illərdə Şimali İrlandiya Assambleyasının spikeri vəzifəsini daşıyıb.

AzVision.az


Teqlər:





Xəbər lenti