Trampın jurnalistlərə fərqli yanaşması

 Trampın jurnalistlərə  fərqli  yanaşması
  29 Yanvar 2025    Oxunub:572
ABŞ Senatı keçmiş konqresmen və realiti-şou aparıcısı Şon Daffinin ölkənin Nəqliyyat naizrliyinin rəhbəri vəzifəsinə təsdiqləyib. Daaffinin lehinə 77, əleyhinə isə 22 senator səs verib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, prezident Donald Trampın namizədi olan Daffi “Boeing” aviaşirkətinin 2024-cü ildə baş verən fövqəladə hava hadisəsindən sonra əvvəlki səviyyəyə qayıtmaq üçün “güclü dəstəyə” ehtiyacı olduğunu bildirərək, şirkət uçuş təhlükəsizliyini yaxşılaşdırmayana qədər əlavə “737 MAX” təyyarəsinin istehsalını təsdiqləməyəcəyinə söz verib.

Milyardlarla dollar xərclənməmiş infrastruktur fondlarına nəzarət edəcək Şon Daffi vəzifəyə gəldikdən sonra Trampın komandasında yer almış milyarder İlon Maska məxsus olan “Tesla” şirkətinin təhlükəsizliklə bağlı davamlı yoxlamasının davam edəcəyini bildirib.

Qeyd edək ki, Şon Daffi hazırda “Fox Business” telekanalında “The Bottom Line” verilişinin aparıcısı, həmçinin “Fox News” nəşrində dərc olunan məqalələrin müəllifidir. Respublikaçı Daffi 2011-2019-cu illərdə Viskonsin ştatının 7-ci Konqres dairəsi üzrə ABŞ-nin nümayəndəsi vəzifəsində çalışıb. Konqresdən ayrıldıqdan sonra o, lobbiçilik fəaliyyətilə məşğul olub.

Amma Daffidən fərqli olaraq ABŞ-nin yeni prezidentinin qəzəbinə tuş gəlmiş “CNN” telekanalının jurnalist-aparıcısı Cim Akostanın “bəxti” gətirməyib. 18 il telekanalda çalışmış və “CNN Newsroom” verilişinin aparıcısı olmuş Cim Akosta sonuncu verilişində tamaşaçıları “tirana boyun əyməməyə” “həqiqətdən və ümiddən yapışmağa” çağırıb. Telekanalın efir siyasətinə etiraz əlaməti olaraq, o, işdən çıxmaq barədə ərizə verib.


Donald Tramp aparıcının işdən getməsini yaxşı xəbər adlandırıb.

“Cim Acosta, jurnalistika tarixinin ən pis, ən vicdansız müxbirlərindən biri, tamamilə sürünən yaramaz şəxs kimi, inanılmaz dərəcədə aşağı reytinqlər və istedadsızlıq səbəbindən gecə yarısı CNN tərəfindən “saxta xəbərlər”in “ölüm vadisi”nə salındı”, - ABŞ prezident yazıb.

Trampın fikrincə, Akosta “hara getməsindən asılı olmayaraq, uduzacaq luzer”dir. Qeyd edək ki, demokratları dəstəkləyən Cim Akosta hələ Trampın ilk prezidentliyi dövründə açıq şəkildə toqquşublar. 2018-ci ilin payızında Ağ Evdə keçirdiyi mətbuat konfransında “CNN” telekanalının jurnalistinin suallarını cavablandırmaqdan imtina edən Donald Tramp onu “kobud, dəhşətli adam” adlandırıb. Daha sonra Akosta siyasətçidən miqrant karvanı ilə bağlı təbliğat-təşviqat reklamı barədə soruşmağa çalışıb. Onun fikrincə, həmin reklamda qeyri-dədiq məlumatlar olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Daffi   Akosta  





Xəbər lenti