Beş seçki məntəqəsinin nəticələri ləğv edilib

Beş seçki məntəqəsinin nəticələri ləğv edilib
  03 Fevral 2025    Oxunub:403
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.
Bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:

"Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".
AzVision.az



Teqlər:





Xəbər lenti