Bununla belə o qeyd edib ki, Ermənistanın Aİ-yə daxil olmaqla eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakını davam etdirmək imkanının olması barədə müzakirələr əsassızdır. Çünki Avropa ölkələri ilə bazarların açılması Ermənistanın Aİİ dövlətləri ilə bazarlarının bağlanması deməkdir.
Ermənistan Aİ yolunu seçir |
Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri gərginliyin pik həddinə çatıb.
Yanvarın 9-da Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Ölkə rəhbərliyi Ermənistanın Aİ-yə üzvlük prosesinin başlandığını elan edib. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd edib ki, ölkənin bloka daxil olması ilə bağlı qərar yalnız ümumxalq səsverməsi yolu ilə qəbul edilə bilər.
Rusiyadan bu məsələyə sərt reaksiyalar gəldi. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü ilə bir araya sığmır.
Tural Tağıyev
AzVision.az