İxtisara görə amerikalı məmurlara 8 aylıq maaş təklif ediblər

İxtisara görə amerikalı məmurlara    8 aylıq maaş    təklif ediblər
  29 Yanvar 2025    Oxunub:456
Amerika hakimiyyəti öz istəkləri ilə istefa verəcək federal hökumət məmurlarına səkkiz aylıq maaş həcmində birdəfəlik “təzminat” ödəyəcəyini bildirib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Axios” portalının iddiasına görə, əvvəllər distant işdən öz ofislərinə qayıtmaları tapşırılan məmurlar məktub alıblar.

Məktubda fevralın 6-dan əvvəl istefa ərizəsini təqdim edəcəkləri təqdirdə, onlara sentyabrın 30-dək verilməli olan bütün ödənişləri ala biləcəkləri göstərilib.

DOGE: “ABŞ gündə 1 milyard dollara qənaət edir”
Bu təklif poçt işçiləri, immiqrasiya və kəşfiyyat zabitləri, habelə hərbi qulluqçular istisna olmaqla, bütün federal məmurlara şamil edilir.

“Ağ Ev federal işçilərin 5% -dən 10% -nə qədərinin təklifi qəbul edəcəyini gözləyir ki, bu da potensial olaraq yüz minlərlə insan deməkdir”, - portal yazır.

“Axios” onu da bildirib ki, bu sxem son nəticədə vergi ödəyicilərinə ildə 100 milyard dollara qədər qənaət gətirəcək. Yeri gəlmişkən, İlon Maskın rəhbəri olduğu “Hökumətin Effektivliyi Departamenti (DOGE)” artıq ABŞ hökuməti üçün gündə 1 milyard dollar qənaət etdiyini açqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   məmurlar   ödəniş  





Xəbər lenti