Bloomberg: “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək”

 Bloomberg: “OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək”
  30 Yanvar 2025    Oxunub:525
ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən cəmi 72 saat sonra, yanvarın 23-də Davos Dünya İqtisadi Forumunda video-görüntü formatındakı çıxışında Səudiyyə Ərəbistanından və müttəfiqlərindən “neftin qiymətini aşağı salmağı” xahiş edəcəyini bildirib.
AzVision.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, Donlak Tramın OPEC-in (Neft İxrac edən ölkələr təşkilatı) fəaliyyətinə çoxdan tənqidi yanaşmasını nəzərə aldıqda, onun bu çıxışı təəccüb doğurmur.

“OPEC+-un ictimai reaksiyası təmkinli oldu: heç kim Trampa qarşı olmaq istəmir. Bağlı qapılar arxasında üzv dövlətlər arasında bir sıra görüşlər və məsləhətləşmələr keçirilib və bir çoxları OPEC+-un ABŞ-nin təzyiqlərinə əbədi tab gətirə biləcəyinə şübhə edir”, - agentliyin dərc etdiyi məqalədə deyilir.

Əslində OPEC+ hasilatı bu ilin ayından 2026-cı ilin sonuna qədər tədricən artırmağa başlamağı planlaşdırırdı. Hərçənd, bazarda çox az adam bu planın həyata keçiriləcəyini düşünürdü: kartel qiymətləri yüksək saxlamaq üçün hasilatın artırılmasını artıq üç dəfə ləngidib. Ən azı texniki baxımdan istehsalın artırılması, şübhəsiz ki, Trampa təslim olmaq demək deyil.

Tramp isə, öz növbəsində, çətin ki, “intihara” getmək istəsin. Onun danışıq tərzi sadədir: yüksək hədəf götürməklə təzyiq etmək. Ağ Evin administrasiya neftin bir barreli üçün 50 dollardan aşağı və 100 dollardan yuxarı qiymətin ABŞ-nin iqtisadi artımına zərər verməklə yanaşı, ölkənin neft sənayesinə də ziyan vuracağını bilən təcrübəli neftçilərlə doludur. Bu baxımdan, ekspertlər Trampın çox güman ki, neftin qiymətinin cüzi azaldılması ilə kifayətlənəcək – bir barrel üçün 60-70 dollar.

Ağ Ev yaxşı başa düşür ki, neftin qiymətinin aşağı düşməsi yüksək tariflərin inflyasiyaya təsirinin aradan qaldırılmasında əsas rol oynayacaq. Bununla belə, neft qiymətləri artıq Trampın çağırışına cavab verib: onlar yalnız Amerika prezidentinin çox qiymətlərin yüksək olduğunu dediyi üçün ucuzlaşıb. Bu, uzaqgörənlik olmasa da, bir çox investorlar OPEC+-un bəyanat və planlarından daha çox neft bazarının əsas “qazmaçısı”na diqqət yetirirlər. OPEC+-un bir problemi də Donald Trampın qiymətlərin yüksəlişi şərtləndirə bilən imkanlara nəzarət etməsidir.

Neftin qiyməti bu il yalnız Ağ Evin Rusiya, İran və Venesuelaya qarşı sanksiyalar tətbiq edəcəyi halda artacaq. Lakin hələlik Tramp xarici düşmənləri cəzalandırmağa yox, neft qiymətlərini aşağı səviyyədə saxlamağa üstünlük verib.

- Beləliklə, kartel təslim olmağa hazırdırmı? İndi yox. Neftin qiyməti indiki 78 dollar/barreldən 70 dollara və ya aşağı düşərsə, ABŞ-də şist neft hasilatının artımı yavaşıyacaq. Son 20 ilin orta göstəricisinə əsasən, tələbin hələ də hər il gündə təxminən 1 milyon barrel artması ilə ABŞ-də hasilatın sərtləşdirilməsi OPEC+ üzvlərinə təklifi artırmağa imkan verəcək. Tramp bilir ki, OPEC+ həm düşmən, həm də qorxudan müqəvvadır, lakin kartel həm də müttəfiq ola bilər”, - “Bloomberg” yazır.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hasilatın azaldılması ilə bağlı 2020-ci il müqaviləsinə vasitəçiliyi məhz Tramp edib ki, bu da neftin qiymətinin artmasını şərtləndirdi. Tramp uzun müddətdir ki, “OPEC-ə nifrət etdiyini” açıqlayıb. Lakin Amerikanın neft sənayesini xilas etmək üçün yanaşmasını dəyişib. Bununla belə, hələlik OPEC+ və neft bazarındakı məzənnin artmasına oynayan “öküzlər” daha aşağı qiymətləri qəbul etməli olacaqlar.

2025-ci ildə neftin qiymətinin üç rəqəmli olacağını proqnozlaşdıran ekspertlər də indi ağlabatan hədəf kimi bir barrel üçün 70 dollardan danışırlar. Bu yalnız başlanğıcdır, bazarın “dibi” isə hələ görünmür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   OPEC+   qiymətlər  





Xəbər lenti