Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

   Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
  30 Yanvar 2025    Oxunub:389
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib.
B barədə nazirliyin sosial media hesabında bildirilib. "Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin havada faciəvi toqquşması bizi dərindən kədərləndirdi. Yaxınlarını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və sağ qalanların can sağlığı üçün dua edirik", - qeyd olunub.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə 3 ABŞ əsgəri olub. Yerli medianın məlumatına görə, artıq 19 nəfərin cəsədi Potomak çayından çıxarılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti