Mirşaymer: “Zelenski Ukraynadakı reallıqdan uzaqdır” - VİDEO
“Sadəcə, Zelenskinin nə danışdığını eşidəndə bu adamın xəyalpərəst olduğunu çox tez başa düşürsən. Zelenskinin xəyalpərəst olması faktı onun 2022-ci ilin fevralından ölkəsini niyə fəlakətə doğru apardığını qismən izah edir”, - beynəlxalq münasibətlər üzrə mütəxəssis olan amerikalı professor bildirib.
Mirşaymer Rusiya ilə İstanbul formatı çərçivəsində danışıqlardan imtinanın Ukraynanın fəlakət yolunun başlanğıcı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Zelenski buna görə şəxsi məsuliyyət daşıyır.
Bundan əvvəl Mirşaymer Ukraynadakı münaqişənin dondurulmasının Avropanın digər bölgələrində xaosa səbəb ola biləcəyini iddia etmişdi. Onun fikrincə, bu, Arktika, Baltikyanı ölkələr, Belarus, Kalininqrad vilayəti, Moldova və Qara dənizdə vəziyyətin sabitliyini poza bilər. Dondurulmuş münaqişə tam sülh gətirməyəcək, çünki Qərblə Rusiya arasında “toksik münasibətlər” davam edəcək.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Mirşaymer Zelenski müharibə