Azərbaycanın Niderlandakı səfiri macarıstanlı həmkarı ilə görüşüb

O, Əhmədzadə ilə Budapeştdəki Azadlıq və Marqaret körpülərinin rəsimlərinin fonunda birgə çəkilmiş fotosunu paylaşaraq qeyd edib:
“Körpülər qurmaq: bu gün Haaqa şəhərində Azərbaycanın yeni səfiri Zati-aliləri cənab Məmməd Əhmədzadəni qəbul etdim. Niderlanda xoş gəlmisiniz”.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanın Haaqadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderlandın kralı Villem-Aleksanderə təqdim etmişdi.
Ötən il dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev diplomatı sözügedən ölkədə səfir təyin etmişdi.
AzVision.az
Teqlər: