Yeni intim komediya Bakıda – VİDEO

Yeni intim komediya Bakıda – VİDEO
  23 İyul 2014    Oxunub:4073
Dünən "Park Cinema" şəbəkəsinin "Metropark" Ticarət və Əyləncə Mərkəzində "Ev videosu: yalnız böyüklər üçün" (Sex Tape) filminin jurnalistlər üçün qapalı nümayişi olub.
Nümayişdən öncə "Park Bulvar" AVM-in piar-meneceri Günay Malikqızı çıxış edərək media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edib.

"Park Cinema" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, filmin ssenarisi məxsusi olaraq əvvəllər rejissor Ceyk Kezdanın dünya prokatında 200 milyon dollardan artıq gəlir gətirmiş "Çox pis müəllimə" filmində birgə rol almış Kameron Diaz və Ceyson Siqel üçün yazılıb: "Filmin yaradıcılarının intuisiyası onları yanıltmadı. Bu aktyorların harmonik oyunu sayəsində olduqca gülməli bir film ərsəyə gəldi. Ümid edirəm ki, "Ev videosu: yalnız böyüklər üçün" filmi Azərbaycan tamaşaçılarının çox xoşuna gələcək, onlar bolluca güləcəklər”.

Film romantik komediya janrındadır. Baş rollarda Kameron Diaz və Ceyson Siqel oynayırlar. Film sevgililərin ailə qurduqdan sonra yaşadıqları böhrandan bəhs edir.

Yeni tanış olanda çox həyəcanlı hisslər yaşayan, zəngin intim həyatları olan Cey (Ceyson Siqel) və Enninin (Kameron Diaz) iki uşaq valideyni olandan sonra münasibətləri dəyişməyə başlayır. İntim həyatlarını alovlandırmaq üçün onlar yataqdakı münasibətlərini videoya çəkmək qərarına gəlirlər. Amma bu video təsadüfən internetdə yayılır...




Teqlər:  





Xəbər lenti