Prezident Fatih Birolu təltif edib

   Prezident Fatih Birolu təltif edib
  31 Yanvar 2025    Oxunub:264
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.


AzVision.az


Teqlər:





Xəbər lenti