Tramp Aİ-ni “cəzalandırmağa” hazırlaşır

   Tramp Aİ-ni “cəzalandırmağa” hazırlaşır
  01 Fevral 2025    Oxunub:319
ABŞ prezidenti Donlad Tramp Avropa İttifaqından idxal olunan mallara gömrük rüsumları tətbiq etmək nittətindədir.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Ağ Evdə jurnalsitlərin suallarını cavablandırarkən belə deyib.

“Aİ-yə tariflər tətbiq edəcəyəmmi? Doğru cavab istəyirsiniz, yoxsa siyasi cavab? Tam dəqiqdir... Aİ bizimlə çox pis davranır. Onlar bizim avtomobillərimizi, kənd təsərrüfatı məhsullarımızı götürmürlər. Onlar demək olar ki, heç nə almırlar. Bizim Aİ ilə böyük kəsirimiz var. Beləliklə, biz Aİ ilə bağlı çox əhəmiyyətli bir şey edəcəyik”, - Tramp xəbərdarlıq edib.

Qeyd edək ki, yanvarın 20-də Tramp Aİ ölkələrini daha çox Amerika nefti və qazı almağa başlamadıqları təqdirdə ticarət tarifləri tətbiq etməklə hədələyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp     cəza  





Xəbər lenti