Türk mediası erməniəsilli deputatın Azərbaycan əleyhinə bəyanatlarını tənqid edib
Nəşr Qaro Paylanın Ermənistanın baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib.
Məşhur xəbər resursu “Haber7.com” da Türkiyə millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb.
Portal, həmçinin Qaro Paylanın mediada sözlərinin təhrif edilməsini əsas gətirərək Azərbaycana qarşı hücumlarını ört-basdır etməyə tələsdiyi müsahibədən sonra sosial şəbəkədəki paylaşımına da istinad edib.
AzVision.az
Teqlər: