Hikmət Hacıyev Kamal Xərrazi ilə görüşüb

   Hikmət Hacıyev Kamal Xərrazi ilə görüşüb
  02 Fevral 2025    Oxunub:358
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə görüşüb.
Azərbaycanın İrandakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşılan məlumatda deyilir ki, Hikmət Hacıyev və Kamal Xərrazi iki ölkənin elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə elmi-tədqiqat mərkəzləri və ictimai-siyasi fikir daşıyıcıları arasında əməkdaşlıq və qarşılıqlı səfərlərin təşkili məsələləri vurğulanıb.

Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə görüşüb. Danışıqlarda Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Keçirilən görüşlərdə Azərbaycan ilə İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.


Teqlər: İran   Hikmət-Hacıyev  





Xəbər lenti