ABŞ kəşfiyyatının ən bahalı fiaskosu

   ABŞ kəşfiyyatının ən bahalı fiaskosu
  03 Fevral 2025    Oxunub:492
ABŞ ordusunun İraqa müdaxiləsi Amerikanın Milli Kəşfiyyatının (AMK) ən baha başa gələn uğursuzluğu olmaqla yanaşı, ölkənin təhlükəsizliyini və konstitusiya azadlıqlarını pozub.
AzVision.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının (AMK) direktoru vəzifəsinə namizəd Tulsi Habbard “Newsweek” üçün köşə yazısında belə iddia irəli sürüb.

“İraqa müdaxilə qərarı Yaxın Şərqdə kütləvi miqrasiya və sabitliyin pozulmasına gətirib çıxardı, həmçinin ABŞ-nin Avropadakı müttəfiqlərinin təhlükəsizliyini və sabitliyini pozdu. Bu, həm də İslam Dövləti (İŞİD) terrorçularının artmasına, “Əl-Qaidə” və digər terror qruplarının güclənməsinə, İranın cəsarətlənməsinə səbəb oldu”, - Tulsi Habbard yazıb.

Xanım Habbard onu da qeyd edib ki, Donald Trampın prezident seçkilərində qələbəsi amerikalılar üçün uğursuzluq silsiləsini qırmaq, silahlanmaya və kəşfiyyat cəmiyyətinin siyasiləşməsinə son qoymaq üçün ona verilən dəqiq mandatdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Habbard   AMK   uğursuzluq  





Xəbər lenti