Hikmət Hacıyev Pezeşkianla görüşüb - FOTOLAR

   Hikmət Hacıyev Pezeşkianla görüşüb    - FOTOLAR
  03 Fevral 2025    Oxunub:457
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X” hesabında məlumat yayıb.

Görüşdə H.Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.

İran Prezidenti salamlara, dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
AzVision.az

Qalereya




Teqlər: İran  





Xəbər lenti