Makron: "Aİ Trampın tarif müharibəsinə reaksiya verəcək"

      Makron:    "Aİ Trampın tarif müharibəsinə reaksiya verəcək"
  03 Fevral 2025    Oxunub:401
"(ABŞ Prezidenti Donald Tramp - red.) Avropa İttifaqının ticarət və kommersiya maraqlarını hədəfə alarsa, biz özümüzə yaraşan addımı atacağıq".
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinin qeyri-rəsmi sammitində iştirak məqsədilə Brüsselə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında dilə gətirib. O, ABŞ Prezidenti Donald Trampın idxal məhsullarına əlavə rüsum tətbiqi qərarına münasibət bildirib.

"Şübhəsiz ki, ticarət baxımından hansısa hücuma məruz qalsaq, Avropa İttifaqı əsl güc kimi özünü qoruyub reaksiya verəcək. İndi avropalılar Rusiyanın Ukraynada apardığı müharibə ilə yanaşı Tramp hökumətinin qərarları qarşı da sıx birləşdirməlidirlər", - o vurğulayıb.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da Donald Trampın sözügedən qərarına özünəməxsus reaksiya bildirib. O da Brüsseldə jurnalistlərə açıqlamasında ""ABŞ ticarət müharibəsinə başlayarsa, şübhəsiz ki, bu müharibədən yalnız Çin qalib çıxacaq" deyib.

"Biz (ABŞ və Avropa - red.) bir-birimizə çox bağlıyıq. ABŞ-nin bizə, bizim də ABŞ-yə ehtiyacımız var. Artan tariflər xərcləri artıracaq. Bu həm ölkələrin iqtisadiyatı üçün, həm də müştərilər üçün yaxşı hal deyil", - xanım diplomat söyləyib.
Tramp “tarif müharibələri”nə başladı

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal məhsullarına əlavə rüsum tətbiqi barədə ötən gün üç sərəncam imzalayıb. Sərəncamlara əsasən, Kanada və Meksika məhsullarına 25%, Çin məhsullarına isə 10% gömrük tarifləri qoyulacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:     ABŞ   Fransa   tarif-müharibəsi  





Xəbər lenti