Kallas: “Ukraynaya daha çox yardım ayırmalıyıq” - VİDEO

      Kallas:    “Ukraynaya daha çox yardım ayırmalıyıq”  - VİDEO
  03 Fevral 2025    Oxunub:384
Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından bəri Ukraynaya 134 milyard avro yardım ayırıb və Kiyevə daha çox kömək etməlidir.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas birliyə üzv ölkələrin Brüsseldə keçirilən illik konfransında belə deyib.

“Biz artıq 134 milyard avro, o cümlədən təxminən 50 milyard avro hərbi yardım göstərmişik. Biz yardımların kəsilməsindən danışa bilmərik, onu artırmalıyıq”, - xanım Kallas vurğulayıb.
Onun fikrincə, Ukrayna Aİ siyasətinin əsas prioriteti olmalıdır.

Maraqlıdır ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, Vaşinqtonun Kiyevə ayırdığı 177 milyard dollarlıq yardımdan Ukraynanın cəmi 76 milyard aldığını iddia edib. Özü də pul yox, 70-76 milyard dəyərində silah şəklində.

- Onlar deyəndə ki, Ukrayna müharibə zamanı orduya dəstək üçün 200 milyard alıb, bu, doğru deyil. Bütün bu pulların harada olduğunu bilmirəm. Bəlkə də kağız üzərində doğrudur, yüzlərlə müxtəlif proqramlar var - bəlkə də, mübahisə etmirik, hər şeyə görə çox minnətdarıq. Amma biz 70 milyarddan çox, təxminən 76 yardım aldıq. Bu, böyük köməkdir, amma 200 milyard deyil axı”, - Zelenski “Associated Press” agentliyinə verdiyi müsahibədə bildirib.

Tramp Baydenin onlarla sərəncamını ləğv edəcək
O, ABŞ-nin Ukraynadakı humanitar proqramları maliyyələşdirməsini dayandırmasını da şərh edərək, 200 milyon dollarlıq enerji proqramı, tibb və sərhəd keçidi sahəsindəki proqramları xatırladıb. Ukrayna lideri dövlətin bu proqramlara görə aldığı 300-400 milyonluq vəsaiti avropalıların və ya daxili resurslar hesabına ödəyəcəyini iddia edib.

Zelenski, eyni zamanda, Amerika tərəfinin diqqətini veteranlar və tibb üçün proqramların “müharibə zamanı dəstəklənməsinin vacib olduğuna” diqqət çəkib.

“Çoxlu sayda başqa humanitar proqramlar var və mən onlar haqqında heç nə bilmirəm. Yəqin ki, ABŞ prezidenti audit aparıb deyəcək ki, hələ bir neçə milyard var, amma onların hara getdiyini bilmirəm. Müharibə başlayanda bir çox müxtəlif Ukrayna təşkilatları ABŞ səfirliyinin siqnalından sonra dövlətimizi tərk etsəydi, onların fərqli münasibətləri olduğunu düşünə bilərəm. Yəqin ki, bu təşkilatlar bu və ya digər fond tərəfindən maliyyələşdirilib”, - Volodimir Zelenski dolayılsı ilə əslində bu işlərə görə məsuliyyət daşımadığını vurğulamağa çalışıb.

Xatırladaq ki, Donald Tramp prezidentliyinin ilk günündə, Ukrayan da daxil olmaqla, ABŞ-nin digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması barədə fərman imzalayıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə, Co Bayden administrasiyasını dövlət büdcəsini “sərxoş matroslar” kimi israf etməkdə günahlandırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kallas   Ukrayna   Zelenski  





Xəbər lenti