ABŞ Meksikaya tətbiq etdiyi rüsumları dayandırıb

ABŞ Meksikaya tətbiq etdiyi rüsumları dayandırıb
  03 Fevral 2025    Oxunub:392
Meksika lideri ABŞ-ın Meksika mallarına tətbiq etdiyi rüsumların dayandırıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum məlumat verib.

Fevralın 1-də Tramp ABŞ-ın üç ən böyük ticarət tərəfdaşı olan Meksika, Kanada və Çindən gələn mallara rüsumlar tətbiq edən sərəncam imzalayıb. Amerika liderinin sözlərinə görə, bu yolla o, qeyri-qanuni mühacirlərin və narkotiklərin ciddi təhlükəsi ilə mübarizə aparmaq istəyir. Bundan əlavə, Kanadanın enerji resurslarına 10% rüsum qoyulub.

AzVision.az



Teqlər:





Xəbər lenti