I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq
05 Fevral 2025
Oxunub:880
Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir. Məlumata görə, itkin düşən hərbçilərin qalıqları fevralın 7-də dəfn olunacaq.