Azərbaycan Ukraynaya yardım üçün 1 milyon dollar ayırdı
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardımlar göstərir. Son illər Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən bu ölkəyə bir neçə dəfə humanitar yardım göndərilib.
AzVision.az
Teqlər: