ABŞ qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır

ABŞ qoşunlarını Suriyadan çıxarmağa hazırlaşır
  05 Fevral 2025    Oxunub:284
ABŞ Müdafiə Nazirliyi bütün ABŞ qoşunlarının Suriyadan çıxarılması planını hazırlamağa başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Trampın Amerika qoşunlarının Yaxın Şərq dövlətindən çıxarılmasında maraqlı olması barədə bəyanatlarından sonra hərbçilərə müvafiq plan hazırlamaq tapşırılıb.

Kanalın mənbələrinin məlumatına görə, hazırda qoşunların 30, 60 və ya 90 gün ərzində çıxarılması planları hazırlanır.

Bu, son illərdə ABŞ-ın başqa ölkədən qoşunlarını tamamilə çıxardığı ikinci hadisə olacaq. 2021-ci ildə bütün ABŞ qoşunları Əfqanıstanı tərk etdi. Bu, ABŞ-ın Əfqanıstan torpaqlarında təxminən 20 illik hərbi mövcudluğuna son qoydu.

AzVision.az



Teqlər:





Xəbər lenti