Zelenski prezidentlikdən nə vaxt gedəcək?

 Zelenski prezidentlikdən nə vaxt gedəcək?
  18 Fevral 2025    Oxunub:671
Ukrayna prezidenti Volodimir Zelenski vəzifəsindən yapışmadığını, müharibə bitəndə və ölkənin təhlükəsizliyi təmin ediləndə vəzifəsindən getməyə hazır olacağını bildirib.
AzVision.az xəbər verir ki, Zelenski Almaniyanın “ARD” telekanalında yayımlanan “Maischberger” tok-şousunda belə deyib.

“Unuzmüddətli və möhkəm sülh üçün mən hər şeyə, sadəcə, hər şeyə hazıram. Bir insan kimi, bir vətəndaş kimi, bir ata kimi. Mən heç nədən yapışmıram. Mən Ukrayna prezidentiyəm, ona görə ki, xalqın 73%-i mənə səs verib və bu gün mən Ukrayna prezidentiyəm, çünki ölkəmdəki əksəriyyət məni dəstəkləyir”, - Ukrayna lideri sülh sazişinin imzalanması tələbinin “yalnız Zelenskisiz” olarsa, vəzifəsini tərk edə bilməsi barədə sualın cavabında bildirib.

Zelenskinin fikrincə, Rusiya ondan müharibənin əvvəlində cəhd etdikləri kimi, bəlkə də fiziki yox, siyasi cəhətdən xilas olmaq istəyir. Bu olduqca başa düşüləndir. Çünki Ukrayna prezidenti özünü Putin üçün çox əlverişsiz insan hesab edir. Bununla belə, Zelenski müharibə zamanı prezidentin etməli olduğu işi gördüyünü vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   prezidentlik   getmək  





Xəbər lenti