Ermənistan məhkəməsi hərbi canini azadlığa buraxdı

 Ermənistan məhkəməsi hərbi canini azadlığa buraxdı
  18 Fevral 2025    Oxunub:667
Azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş general-leytenant Tiran Xaçatryan azadlığa çıxır.
Bu gün Artur Voskanyanın sədri olduğu Sünik Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini işləmiş Tiran Xaçatryan barəsində həbs-qətimkan tədbirini dəyişdirib.
O, 10 milyon dram girov və yaşadığı ərazidən getməməsi barədə yazılı öhdəliklə azadlığa buraxılacaq.

Məşhur erməni general həbs edildi
Yerli medianın yaydığı məlumata görə, məhkəmənin müdafiə tərəfinin həbs-qətimkan tədbirinin girov və ya ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatətini təmin etməsi gözlənilməz qərar olub. Ərizədə onun himayəsində əlil həyat yoldaşı olduğu da qeyd olunub.
Xaçatryana qarşı yanvarın əvvəlində 44 günlük müharibə zamanı vəzifə səhlənkarlığına görə cinayət işi açılmışdı. O, elə yanvar ayında iki ay müddətinə həbs edilib.

Qeyd edək ki, Ermənistanda İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra hərbi-siyasi durum gərginləşib. Məğlub baş nazir Nikol Paşinyan yüksək rütbəli hərbçilərlə bağlı sərt tədbirlər gördü, xeyli sayda general ya vəzifəsindən azad edildi, ya da müxtəlif səbəblərlə həbsə atıldı. Həmin generallar üç il öncə Nikol Paşinyanın istefasını tələb edərək ona qarşı birləşmişdilər. Onların arasında Tiran Xaçatryan da var idi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Ermənistan  





Xəbər lenti