Azərbaycanda hava nəqliyyatı ilə sərnişin və yük daşınmaları artıb

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,1% çoxdur.
Daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Bu nəqliyyat növü ilə yükdaşıma 7,7% artaraq 33,7 min ton olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 5,5% və 7,9% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yük daşınıb. Yüklərin 4,5%-i dəniz, 8,2%-i dəmir yolu, 0,2%-i hava, 55,7%-i avtomobil nəqliyyatı, 31,4%-i isə boru kəməri ilə daşınıb.
AzVision.az
Teqlər: