Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin Ukraynada müharibənin həllinə dair xüsusi sammiti keçirilib. Marko Rubio ABŞ-ni, Sergey Lavrov isə Rusiyanı təmsil edib. Onlar həmçinin bir sıra digər məsələ ətrafında da müzakirələr aparıblar.
![]() |
Tramp Qəzzanı ələ keçirir |
Cümə günü isə Ər-Riyadda ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına dair xüsusi planı üzrə Körfəz Əməkdaşlıq Şurasının sammiti baş tutacaq. Bu sammitdə Trampın planı ilə razılaşmayan ərəb ölkələrinin alternativ təkliflər irəli sürəcəyi gözlənilir.
Firudin Həmidli
AzVision.az