BƏƏ Trampın planı ilə razılaşmır

   BƏƏ Trampın planı ilə razılaşmır
  19 Fevral 2025    Oxunub:526
ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Prezident Məhəmməd bin Zayid Al Nəhyanla görüşüb.
Bu barədə BƏƏ-nin dövlət xəbər agentliyinin (WAM) məlumat yayıb. Prezident görüş əsnasında vurğulayıb ki, Fələstin xalqının Donald Trampın Qəzza ilə əlaqədar planı çərçivəsində öz torpaqlarından didərgin salınması yolverilməzdir.

"Qəzzanın yenidən qurulması yalnız iki dövlətli həll yoluna əsaslanan hərtərəfli və davamlı sülhlə nəticələnməlidir", - o deyib.
Tramp Qəzzanı ələ keçirir

Məlumat üçün bildirək ki, cümə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində ABŞ Prezidenti Donald Trampın sözügedən xüsusi planı üzrə Körfəz Əməkdaşlıq Şurasının sammiti baş tutacaq. Bu sammitdə Trampın planı ilə razılaşmayan ərəb ölkələrinin alternativ təkliflər irəli sürəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   BƏƏ   Qəzza   plan  





Xəbər lenti