Ukrayna Kurskda bir günə 510-dan çox əsgər itirdi

Ukrayna Kurskda bir günə 510-dan çox əsgər itirdi
  19 Fevral 2025    Oxunub:495
Ukraynada gərgin döyüşlər davam edir. Xarici KİV-in yaydığı məlumata görə, Ukrayna ordusu təkcə öz torpaqlarında deyil, Rusiya ərazisində də uğursuzluğa düçar olur.
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin son sutkada təkcə Kurskda minə yaxın hərbçi itirdiyini açıqlayıb. Qeyd edilib ki, ukraynalıların bu bölgədə verdiyi itki sayı 510-u keçib. Bundan əlavə, xeyli sayda hərbi avadanlıq və sursat da məhv edilib.

Kiyev Kurskda bir günə 300-ə yaxın hərbçi itirdi
"Düşmən bir tank və piyada döyüş maşını, dörd zirehli personal daşıyıcısı, 2 döyüş zirehli maşın, iki özü yeriyən artilleriya qurğusu, dörd minaatan, üç nəzarət nöqtəsi, bir sursat anbarı və s. itirib. Bir əsgər Rusiya Federasiyasının silahlı qüvvələrinə təslim olu", - məlumatda qeyd edilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti