Tramp: "Zelenski diktatordur"

      Tramp:    "Zelenski diktatordur"
  20 Fevral 2025    Oxunub:549
"Volodimir Zelenski qalib gələ bilməyəcəyi müharibədən ötrü ABŞ-ni 350 milyard dollar ayırmağa inandıran ortabab gülüş ustasıdır".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp özünün "Truth" hesabında yazıb. O vurğulayıb ki, Zelenski "məhz öz maddi mənfəəti xatirinə Rusiya ilə münaqişəni dayandırmaq istəmir".

"ABŞ məsələyə qarışmasa, Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarını qətiyyən apara bilməyəcək. Ukrayna çoxdan dağılıb, milyonlarla insanın əbəs yerə ölüb. Seçkilərdən boyun qaçıran, ictimai sorğularda reytinqi gündən-günə düşən diktator Zelenski cəld hərəkətə keçməlidir, yoxsa ölkəsi qalmayacaq", - Tramp bildirib.

ABŞ lideri həmçinin diqqətə çatdırıb ki, Ukraynadakı müharibə ABŞ üçün yox, Avropa üçün çox əhəmiyyətlidir, çünki "böyük, gözəl okean ABŞ-ni Avropadan ayırır".

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   Tramp   Zelenski  





Xəbər lenti