“Onların dediyinə görə, bu variant Ukrayna və Aİ-nin əsas narahatlıqlarından birini həll etmək məqsədi daşıyır: Rusiya hərbi qüvvələri yenidən səfərbər edərək yenidən hücuma keçməsi ehtimalının qarşısını almaq. Eyni zamanda, təhlükəsizlik təminatlarının təmin edilməsinin əsas şərti nadir torpaq metalları ilə bağlı sövdələşmədir ki, bu da “mütləq” şəkildə qalır”, - NBC bildirir.
Ağ Evin təmsilçisi deyib ki, ABŞ-nin Maliyyə naziri Scott Bessentin müvafiq təklifi “Ukraynanın özünü müdafiə etmək qabiliyyətinin indiyədək əsasən Amerika vergi ödəyiciləri tərəfindən təmin olunduğunun etirafıdır.
![]() |
Kiyev ABŞ-nin təkilf etdiyi sazişi öyrənəcək |
Üç mənbəyə istinad edən “The Economist” nəşrinin yazdığına görə, Ukrayna lideri Volodimir Zelenskiyə sazişi imzalamaq üçün cəmi bir saat vaxt verilib. Sənəddə Ukraynanın təhlükəsizliyi ilə bağlı heç bir öhdəliyin ehtiva olunmadığını əsas gətriən Zelenski onu imzalamaqdan imtina edib.
ABŞ prezidenti Donald Tramp, öz növbəsində, Kiyevdə Bessentə qarşı kobud rəftar sərgiləndiyini vurğulayıb. O, Ukraynanı sövdələşməni pozmaqda günahlandırsa da, vəziyyətin “ürəkaçan” olamyacağı təqdirdə, bu sənədi yenidən “canlandıracağını” vəd edib.
Sahil İsgəndərov
AzVision.az