Qarşıdakı 5 gün Bakıda qışın ən soyuq dövrü olacaq
-1740044138.jpg)
Bu müddət ərzində havanın temperaturunun 0-3° şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır.
Nazirlik rəsmisi Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:
“Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur”.
AzVision.az
Teqlər: