Rusiyanın Ermənistandakı səfiri ağır qəzaya düşüb

 Rusiyanın Ermənistandakı səfiri ağır qəzaya düşüb
  21 Fevral 2025    Oxunub:475
Sosial şəbəkələrin erməni seqmentində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin ağır avtoqəzaya düşməsi, hətta ölməsi barədə xəbərlər yayılıb.
Rusiyanın Ermənistandakı səfirliyi məlumatın doğru olmadığını bəyan edib. Qeyd edilib ki, qəza xəbəri doğru olsa da, səfir Sergey Kopırkin və sürücü yüngül bədən xəsarətləri alıblar və onların səhhəti üçün təhlükə yoxdur.

Rusiya səfiri: "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir"
Bundan əvvəl yerli mediada da İrəvanda pis hava şəraiti ilə əlaqədar Rusiyanın Ermənistandakı səfirinin avtomobilinin yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, son sutkada pis hava şəraiti İrəvanda nəqliyyat vasitələrinin hərəkətini iflic edib. Fevralın 20-si axşam saatlarından Ermənistanın paytaxtında yolların qarla örtülməsi tıxaclara və qəzalara səbəb olub. Bəzi avtobus xətləri ləğv edilib və vətəndaşlar saatlarla yollarda qalaraq bəzi hallarda evə piyada getməli olublar.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Səfir  





Xəbər lenti