Tramp Maskın oğlunun murdarladığı tarixi masanı dəyişir - VİDEO

  Tramp Maskın oğlunun murdarladığı tarixi masanı dəyişir  - VİDEO
  21 Fevral 2025    Oxunub:461
ABŞ prezidenti Donald Tramp Ağ Evin Oval kabinetinəki məşhur "Resolute" masasının sökülməsini və təmir edilməsini əmr edib.
Bu barədə Amerikanın “The New York Post” qəzeti məlumat yayıb. Qeyd edilib ki, buna səbəb məşhur iş adamı İlon Maskın oğlunun kabinetdə olarkən masanı zədələmisidir.

Maskın сinsiyyətini dəyişən oğlu: "Atam qəddardır"
"İlon Maskın 4 yaşlı oğlu İksin keçən həftə canlı yayım zamanı burnunu təmizləyərək barmağını masanın üzərinə silməsindən sonra Oval Ofisin məşhur "Resolute" masası təmir üçün yığışdırılıb",- məqalədə qeyd edilib.

Qəzet yazıb ki, Ağ Ev ictimaiyyəti əmin edib ki, otaqdakı bu dəyişiklik daimi deyil, müvəqqəti tədbirdir.

Xatırladaq ki, “Resolute” masası ilk dəfə 1961-ci ildə prezident Con Kennedi tərəfindən istifadə edilib. Ağ evin məşhur və tarixi iş masası Cimmi Karter, Bill Klinton, Barak Obama və Cozef Baydenin vəzifədə olduğu dövrdə Oval Ofisin əsas bəzəyinə çevrilib.





Tural Tağıyev
AzVision.az



Teqlər:   Mask   Tramp   Masa  





Xəbər lenti