Filippo Makronun açıqlamasını dəlilik adlandırdı

   Filippo Makronun açıqlamasını dəlilik adlandırdı
  21 Fevral 2025    Oxunub:448
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo prezident Emmanuel Makronu tənqid edib.
AzVision.az xəbər verir ki, buna səbəb Makronun Ukraynaya qoşun göndərəcəyini istisna etməməsi olub.
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Siyasətçi X sosisal şəbəkəsində paylaşım edərək Fransa liderinin məlum açıqlamasına “dəlilik” sözü ilə cavab verib.

“Sülh vaxtıdır! Əsgərlərimiz evdə qalmalıdır! – Filippo deyib.

Bir gün əvvəl Makron bəyan etmişdi ki, Fransa Ukraynada sülhün tərəfdarıdır. Paris sabah öz qoşunlarını bu ölkənin ərazisində yerləşdirməyi planlaşdırmır. Bununla belə, Fransa lideri Rusiya ilə mümkün atəşkəs razılaşmasından sonra Kiyevə təhlükəsizlik zəmanəti vermək üçün Ukraynaya qoşun göndərilməsinin mümkünlüyünü istisna etməyib.

Bundan əvvəl isə Makronun Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqları ilə bağlı isteriyasının yaranması məlum olub. Alman politoloq Aleksandr Rarın fikrincə, Fransa lideri Ukraynanı dəstəkləmək üçün London və Berlinlə birlikdə tez bir zamanda Avropa ordusu yaratmaq istəyib. Lakin onun planları iflasa uğrayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Ukrayna   Qoşun  





Xəbər lenti