Qobustanda qumbara və mərmilər aşkar edilib

Qobustanda qumbara və mərmilər aşkar edilib
  21 Fevral 2025    Oxunub:371
Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində silah-sursat aşkar edilib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 932 ədəd 7.62x39 mm-lik mərmi, 142 ədəd 5.45x39 mm-lik mərmi, 100 ədəd 9x18 mm-lik mərmi, 1 ədəd fişəngatan tapança və 1 ədəd İJ markalı qundağı kəsilmiş tüfəng olduğu müəyyən edilib.

Silah-sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti