“Respublikaçılar partiyasında son dərəcə anti-Ukrayna ruhlu kiçik, lakin güclü səsə malik qanad var, lakin onun daxilində hələ də Ukraynanı dəstəkləyənlər çoxdur. Trampa hücum isə yalnız odun üstünə yağ tökür”, - bir anonim mənbə deyib.
Ağ Evin bir neçə rəsmisi ABŞ prezidentinin son açıqlamalarını “sərt danışıqlar taktikasının nümunəsi” adlandırıb. Onların fikrincə, Kiyev Trampın təklif etdiyi sazişi bağlamaq üçün Vaşinqtonla “cəld işləməli”dir.
![]() |
Zelenskiyə yalançı deyən Rubio onu ölkəni tərk etməyə çağırdı |
Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Eqor Çernev, öz növbəsində, bildirib ki, Ukrayna təkliflərə açıq qalır.
- Biz uzun illərdir ki, Birləşmiş Ştatların sadiq dostu və müttəfiqiyik. Təzminat tələb edən müstəmləkə və ya düşmən kimi rəftar edilməsi bizim üçün təhqiramiz və anlaşılmazdır”, - “Politico” yazır.
Nəşr bildirir ki, Tramp sazişin ABŞ-nin Ukraynaya verdiyi “milyardlarla yardım” üçün kompensasiya olmasını istəyir, Kiyev isə ya NATO-ya üzvlük, ya da münaqişə bitən kimi hərbi dəstəyin artırılmasını tələb edir.
Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ ilə müvafiq sazişi imzalamaqdan imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, saziş hələ “Ukraynanın maraqlarını qorumağa hazır deyil” . Lakin ABŞ-nin Dövlət katibi Marko Rubio onun bəyanatını yalan adlandırıb.
“Axios” portalının məlumatına görə, Vaşinqton artıq sənədin “təkmilləşdirilmiş” variantını Ukrayna hakimiyyətinə təqdim edib.
Sahil İsgəndərov
AzVision.az