Xocalı rayonunda mina hadisəsi baş verib – YENİLƏNİB

   Xocalı rayonunda mina hadisəsi baş verib –    YENİLƏNİB
  21 Fevral 2025    Oxunub:856
Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu Xocalı rayonunun Ulubaba kəndində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

AzVision.az



Teqlər:





Xəbər lenti