Almaniya XİN rəhbəri Trampı əlaqələri kəsməklə hədələyib

Almaniya XİN rəhbəri Trampı əlaqələri kəsməklə hədələyib
  21 Fevral 2025    Oxunub:545
Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyib.
AzVision.az xəbər verir ki, almaniyalı diplomatın bu reaksiyası ABŞ liderinin ukraynalı həmkarı Volodimir Zelenski və Ukrayna-Rusiya münaqişəsi ilə bağlı açıqlamaları fonunda gəlib.

“Biz amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər”, - diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Berbok Trampı Zelenskiyə hücumuna görə tənqid edərək, amerikalı siyasətçinin açıqlamalarının absurd olduğunu deyib.

O,Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə ittiham edib.

AzVision.az



Teqlər:





Xəbər lenti