WSJ: “Kiyev Trampın tələbi ilə razılaşır”

      WSJ:    “Kiyev Trampın tələbi ilə razılaşır”
  22 Fevral 2025    Oxunub:513
ABŞ və Ukrayna arasında faydalı qazıntılar haqqında saziş fevralın 22-də imzalana bilər.
AzVision.az xəbər verir ki, bu yöndə aparılan danışıqların gedişatından məlumatlı olan mənbələrə istinad edən “Wall Street Journal WSJ” nəşrinin yazdığına görə, sənəd hələ də tamamlanmamış olsa da, imzalana bilər. Nəşrin həmsöhbətləri sənəddə göstərilən dəqiq şərtlərin adını çəkməyiblər.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ötən payızda gələcək prezident Donald Trampa təqdim etdiyi “qələbə planı”nda ilk dəfə ABŞ-yə mineral ehtiyatların birgə istismarı təklifini verib. Trampın prezident seçilməsindən sonra müzakirələr intensivləşdi.

Mineral ehtiyatlara çıxış almaq müqabilində ABŞ Kiyevə təhlükəsizlik zəmanəti verəcəyini vəd edir. Tramp potensial sövdələşmənin dəyərini 500 milyard dollar qiymətləndirib.

Zelenski Trampla münasibətləri necə tənzimləyə bilər?
Lakin Ukrayna prezidenti Volodimir Zelenski hazırkı mərhələdə sazişi imzalamaqdan boyun qaçırsa da, Kiyev onun üzərində ABŞ ilə işləməyə davam etmək niyyətini təsdiqləyib. Bəzi mənbələr Kiyevin öz alternativ təklifi üzərində işlədiyini iddia edirlər. Trampın sərt ritorikası və Ukraynanı “problemlərlə” təhdid etməsi fonunda Ağ Ev də sazişin yaxın gələcəkdə Kiyev tərəfindən təsdiqlənəcəyinə əminliyini bildirib.

“ABŞ bir neçə gün əvvəl müqavilənin “təkmilləşdirilmiş” layihəsini Ukraynaya təhvil verib. Eyni zamanda, Zelenskini Trampla növbəti toqquşmadan qaçmaq və ABŞ prezidentinə Ukraynaya davamlı dəstək üçün iddia irəli sürməyə icazə vermək üçün yenilənmiş sazişi imzalamağa çağırıb”, - “Axios” portalı yazıb.

Son layihədə əhəmiyyətli təkmilləşdirmələr aparıldığı və onun Ukrayna qanunvericiliyinə uyğun olduğu vurğulanır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   saziş  





Xəbər lenti