Peskov: "Ukrayna əhalisinin bir hissəsi çoxdan Rusiyanı seçib ”

      Peskov:    "Ukrayna əhalisinin bir hissəsi çoxdan Rusiyanı seçib ”
  23 Fevral 2025    Oxunub:570
"Rusiyanın yeni ərazilərini heç kim və heç vaxt satmayacaq, bu mümkün deyil".
Kremlin mətbuat katibi Dmitri Peskov belə deyib.

"Əsas odur ki, Ukraynanın bir hissəsinin insanları çoxdan Rusiyanın yanında olmağa qərar verib və heç kim bu əraziləri satmayacaq”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına açıqdır və onun üçün bu prosesə heç bir şeyin mane olmaması vacibdir: "Rusiya Federasiyası və ABŞ prezidentlərinin Ukraynada sülh yolu ilə nizamlanmaya çıxmasına, onların öz siyasi iradələrini reallaşdırmasına heç nə mane olmamalıdır".

AzVision.az





Teqlər:





Xəbər lenti